|
Adlı “Gənclik” Depozit sertifikatı ABB-nin buraxdığı investisiya qiymətli kağızıdır.
Sertifikat 10 il müddətinə və illik 25% faiz dərəcəsi ilə dövriyyəyə buraxılır.
“Gənclik” Depozit sertifikatı adından da göründüyü kimi, gənclərin gələcəyini və böyüməkdə olan nəslin qayğısız gəncliyini təmin etmək üçün nəzərdə tutulmuş uzunmüddətli investisiya məhsuludur. Sertifakatın illik 25% olan yüksək faiz dərəcəsi ABB-nin bu məhsulunu fiziki şəxslər üçün əmanətlərini yerləşdirməyin və kapital qoyuluşunun səmərəli və münasib vasitəsi edir. Belə ki, 10 illik müddət bitdikdə, bu sertifikatlara qoyulmuş məbləğ 3,5 dəfə artır.
Sertifikat likviddir və qiymətli kağızlar bazarında kotirovka imkanlarına malikdir. Vaxtından əvvəl qaytarıldıqda faizlər qismən, Bankın həmin tarixə qüvvədə olan əmanətlərin illik faiz dərəcəsi ilə kompensasiya edilir.
Həmçinin, sertifikat üzrə mülkiyyət hüququ digər şəxsə verilə bilər (tsessiya imkanı). Bu halda, sertifikatın yeni sahibi müddət bitdikdən sonra həm onda göstərilən məbləği, həm də bu məbləğ üçün hesablanmış faizi alacaqdır.
Adlı “Gənclik” Depozit sertifikatı aşağıdakı nominallarda təklif edilir:
|
|
 |
|
5 000 AZN / ABŞ dolları |
|
|
|
10 000 AZN / ABŞ dolları |
|
|
|
50 000 AZN / ABŞ dolları |
|
 |
| |
|
Sertifikatın üstünlükləri:
- əmanətə ABB-nin qarantiyası
- yüksək və sabit gəlir - illik 25%
- uzun müddətli investisiya aləti - 10 illik
- hədiyyə etmək imkanı
- vaxtından əvvəl qaytarıldıqda faizlərin qismən kompensasiyası
(Bankın həmin tarixə qüvvədə olan əmanətlərin illik faiz dərəcəsi ilə)
- qiymətli kağızlar bazarında kotirovka imkanları
- mülkiyyət hüququnun digər şəxsə verilməsi (tsessiya)
|