Fiziki şəxslərə xidmətlər


Hüquqi şəxslərə xidmətlər


Plastik kartlar


Untitled Document
 

Fiziki şəxslərə xidmətlər » Internet Banking

Azərbaycan Beynəlxalq Bankı Sizə "Internet Banking" xidmətindən pulsuz istifadə etməyi təklif edir. Bu xidmət, vaxtınıza qənaət edərək, Sizə, evinizdən və ya ofisinizdən çıxmadan öz kart və ya cari hesabınızı idarə etmək imkanı verəcəkdir.

"Internet Banking" nədir ?

"Internet Banking" sistemi vasitəsilə Siz, real vaxt rejimində günün 24 saatı öz kart və ya cari hesabınızı idarə edə və aşağıdakı əməliyyatları apara bilərsiniz:
  • plastik kart və ya cari hesabınızın balansının yoxlanılması
  • istənilən dövr üzrə kartınızdan çıxarışın əldə edilməsi
  • elektrik enerjisindən istifadə haqqının ödənilməsi
  • BSŞ sığorta xidmətlərinin haqqının ödənilməsi
  • stasionar rabitə haqlarının ödənilməsi (Aztelekom)
  • mobil telefon abunə haqqının ödənilməsi (Azercell, Bakcell, NarMobile)
  • internet (ADSL) xidmətlərinin ödənilməsi (Azeronline və Elcell)
  • KartTransfer xidməti
  • təcili əmanət hesabının açılması ("Elektron Depozit" xidməti)

"Internet Banking" sisteminin istifadəçisi olmaq üçün nə etməli?

Azərbaycan Beynəlxalq Bankının 01 iyul 2008-ci il tarixindən etibarən tətbiqinə başlamış İnternet Bankinq xidmətinin yeni versiyası istifadəçilərə ABB-nin ATM-ləri, eləcə də İnternet şəbəkəsinə qoşulu olan kompüterlər vasitəsilə İnternet Bankinq xidmətinə qoşulmaq, kart hesabını idarə etmək və hesabdan çıxarışı almaq imkanını yaradır.

Yeni sistemdən istifadə etmək üçün heç bir əlavə proqram təminatı tələb edilmir, hər hansı bir internet-brauzer kifayət edir.

"Internet Banking" nə dərəcədə təhlükəsizdir?

"İnternet Banking" sistemi yüksək səviyyədə müdafiə olunur:
  • "İnternet Banking" sistemində ötürülən bütün məlumatlar şifrələnir.
  • İstifadəçinin eyniləşdirilməsi (identifikasiyası) üçün electron sertifikatlardan istifadə edilir.
  • "Internet Banking" sistemində yalnız cari iş seansı ərzində etibarlı olan birdəfəlik parollardan istifadə olunur.

Internet Banking sisteminin quraşdırma və istifadə qaydalarını buradan yükləyin




Copyright © 1992-2010 International Bank of Azerbaijan