Fiziki şəxslərə xidmətlər


Hüquqi şəxslərə xidmətlər


Plastik kartlar


Untitled Document
 

Fiziki şəxslərə xidmətlər » Bəzi əsas anlayışlar

Cari Hesab

Cari hesab Sizin adınıza açılır və pul vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar aparmaq üçün, pul köçürmələrinin alınması və göndərilməsi üçün istifadə edilir. Hesabla əməliyyatları yalnız onun sahibi və ya hesab sahibinin göstərdiyi şəxslər apara bilər.

Hesabdan Çıxarış

Hesabdan çıxarış - Sizin hesab üzrə əməliyyatları əks etdirən və Sizin xahişinizlə Bank tərəfindən təqdim edilən bir arayışdır.

Pul Əmanəti

Pul əmanəti Sizin, hesablanmış faizlər şəklində müəyyən gəlir əldə etmək üçün banka verdiyiniz pul vəsaitləridir. Bizim Bankda Siz hesab balansı artırılmayan müddətli əmanətlər və hesaba əlavə qoyuluşlar etmək imkanı verən yığımlı əmanətləri rəsmiləşdirə bilərsiniz.

Əmanətə Hesablanan Faizlər

Faiz hesablamaları - bankın əmanətçiyə verdiyi pul məbləğləridir. Bir qayda olaraq, faiz ödəmələrinin miqdarı əmanətin müddətindən, faiz dərəcəsindən və əmanətin valyutasından asılıdır. Əmanətin növündən asılı olaraq hesablanmış faizlər hər ay, hər rüb, hər il və ya əmanətin müddəti başa çatdıqdan sonra ödənilə bilər.

Debet Plastik Kartı

Debet (və ya elektron) plastik kartı müvafiq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verir.

Kredit Plastik Kartı

Kredit plastik kartı müvafiq kart hesabında faktiki olan məbləğdən əlavə Bank tərəfindən açılmış kredit xətti daxilində vəsaitlərin xərclənməsinə imkan verir. Kredit xəttinin miqdarı Bankla Müştəri arasında danışıq yolu ilə müəyyən edilir.

PIN-kod

PIN-kod - plastik kartlar vasitəsilə bankomatlardan nağd vəsaitlərin çıxarılması zamanı hesaba giriş üçün parol kimi istifadə edilən rəqəmlər yığınıdır.

POS-terminal

Ticarət və xidmət müəssisələrinin ərazilərində quraşdırılan və məhsul və xidmətlərin haqqının ödənilməsini kartlar vasitəsilə aparmağa imkan verən cihazdır.

Bankomat

Bank kartlarından istifadə edərək kart hesabınızdan nağd pul vəsaitləri çıxarmağa, hesabınız barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır.

Yol Çekləri

Yol çeki - çekin təqdim edilməsi zamanı onun nominalının (üzərində göstərilən məbləğin) ödənilməsinə dair çeki buraxan şirkətin öhdəliyidir.

Depozit Seyfi

Depozit seyfi - xüsusi avadanlıqlarla təchiz edilmiş otaqda yerləşən və müxtəlif qiymətlilərin və bu kimi sair əşyaların saxlanılması üçün Müştərilərə icarəyə verilən seyfdir.





Copyright © 1992-2010 International Bank of Azerbaijan