Adlı çeklər
Əgər Sizə təhsil, imtahan və
ya digər xidmətləri çeklər vasitəsilə
ödəmək lazımdırsa, Siz ABB-nin, dünyanın
ən iri, məsələn Bankers Trust və ya Barclays
Bank kimi banklarının emitenti olduğu adlı çeklərdən
istifadə edə bilərsiniz.
Bankımız digər bankların emitenti
olduğu adlı çeklərin inkassasiyası üzrə
xidmətlər də göstərir. Əgər Sizinlə
bank çeki ilə hesablaşıblarsa, Siz onu inkassoya
təqdim edə bilərsiniz. Çek Sizin tapşırığınıza
əsasən ödəniş üçün emintent
banka təqdim olunacaqdır. Emintent bank çekin həqiqiliyinə,
çeki vermiş və imzalamış şəxsin hesabında
pul vəsaitlərinin olmasına əmin olduqdan sonra bizim
Bankda müvafiq məbləğ Sizə ödəniləcəkdir.
Həmin əməliyyat bir qayda olaraq 25 gündən 45
günə qədər davam edir.
Çeklərlə əməliyyatlar
üzrə tariflər
Təqdim olunan sənədlər
Yol və ya adlı çekləri almaq üçün
şəxsiyyətinizi təsdiq edən istənilən
sənədi təqdim olunmalıdır.
Yol çeklərini nağd pula çevirmək üçün
Siz pasport, habelə yol çeklərini alışı
zamanı aldığınız qəbzləri («slipləri»)
təqdim etməlisiniz.
Adlı çekləri nağd pula çevirmək üçün
pasport təqdim olunmalıdır.
|