Fiziki şəxslərə xidmətlər


Hüquqi şəxslərə xidmətlər


Plastik kartlar


Untitled Document
 

Fiziki şəxslərə xidmətlər » Kreditlər

Azərbaycan Beynəlxalq Bankı əhalinin pul kreditinə olan tələbatını təmin etmək istiqamətində fiziki şəxlərlə sıx əməkdaşlıq edir.

Fiziki şəxslərlə iş göstəricilərinə görə ABB respublika bankları arasında lider mövqeyindədir. ABB kredit siyasətinə müvafiq olaraq, bankımız bank-müştəri münasibətlərini yalnız qarşılıqlı əlverişli şərtlər əsasında qurur.

Azərbaycan Beynəlxalq Bankı istər respublika vətəndaşlarına, istərsə də Azərbaycan Respublikasının vətandaşı olmayan fiziki şəxslərə aşağıda qeyd edilən kreditləri təklif edir.

Kreditlər təyinatından, biznes-plandan və müştərinin ödəmə qabiliyyətindən asılı olaraq müxtəlif müddətlərə verilir:

Qısamüddətli kreditlər - bir gündən bir ilədək;
Uzunmüddətli kreditlər - bir ildən artıq müddətə;


Kredit xətti
Bu növ kreditlər qənaətbəxş kredit və bankla pozitiv əməkdaşlıq tarixinə malik olan, yüksək ödəniş qabiliyyətli borcalanlara verilir. Kredit xətti kredit müqaviləsində nəzərdə tutulan məbləğin borcalana hissələrlə və ya onun tələbi ilə verildiyi kreditlərdir. Müqavilədə nəzərdə tutulmuş kredit xəttinin ümumi məbləği tam və ya qismən ödənilərək yenidən təzələnə bilər. Bu növ kreditlər revolver kreditlərdir.


Lombard krediti
Bu kreditlər fiziki şəxslərə verilir və təminatı əsas etibarilə daşınan əmlakdan (qızıl, zinyət əşyaları, texniki vasitə və s.) ibarətdir və bankda saxlanmalıdır. Lombard kreditləri təminatsız verilə bilməz.


İpoteka kreditləri
Daşınmaz əmlakın girov götürülməsi yolu ilə verilən kreditlər ipoteka kreditləri adlanır. Belə kreditlər ipoteka müqaviləsi əsasında verilir. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edilməli və dövlət qeydiyyatından keçməlidir. İpoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara tam əməl olunaraq bağlanılmalıdır. Girovqoyanın və ya borcalanın öz öhdəliklərini vaxtında yerinə yetirmədiyi halda girov qoyulmuş əmlak girov götürən (Bank) tərəfindən öz tələblərini ödəmək məqsədi ilə hərrac vasitəsi ilə realizə edilə bilər.
Kreditin verilməsi haqqında qəti cavab müştərilə ilk danışıqlar, maliyyə və digər sənədlərin təhlilindən sonra verilir.


Avtokreditlər
ABB tərəfindən avtokreditlərin verilməsi qaydaları:
Avtokreditlər fiziki şəxslərə nəqliyyat vasitəsinin alınması məqsədilə verilir.
Kreditin  illik faiz dərəcəsi:
   - Azərbaycan manatı ilə minimum 18 %;
   - ABŞ dolları ilə minimum 20%.

Borcalanın yaşı 22-dən yuxarı olmalıdır.

Alınan və girov qismində təklif olunan nəqliyyat vasitəsinin istismar müddəti maksimum 5 il olmalıdır. Kredit hesabına alınmış nəqliyyat vasitəsi, həmin kreditin təminatı kimi girov qoyulur (girov müqaviləsi dövlət qeydiyyatına alındıqdan sonra bir gündən gec olmayaraq banka təqdim edilir). Kredit hesabına alınan və girov qoyulan nəqliyyat vasitəsinin dəyərinin minimum 30%-i borcalan tərəfindən ödənilir. Nəqliyyat vasitəsinin alınması məqsədi ilə verilən kreditin maksimal məbləği 40000 ABŞ dollarıdır. Nəqliyyat vasitəsinin alınması məqsədilə ayrılmalı kreditin məbləği 40000 ABŞ dollarından artıq olduqda filiallar rəsmi olaraq Bankın Kredit Komitəsinə müraciət etməlidirlər.

Nəqliyyat vasitəsinin alınması məqsədi ilə verilən kreditin maksimal müddəti 36 aydır. Avtokreditin daha uzun müddətə verilməsi Bankın Kredit Komitəsi ilə razılaşdırılmalıdır. Borcalan tərəfindən borcun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsi bərabər aylıq ödənişlər əsasında aparılır.

Nəqliyyat vasitəsinin alınması məqsədi ilə verilən kreditin müddəti alınan nəqliyyat vasitəsinin istismar müddətindən asılı olaraq aşağıdakı cədvəllə müəyyən edilir:

Avtomobilin istismar müddəti Kreditin müddəti

0 - 24 ay

36 aya qədər
24 - 36 ay 24 aya qədər
36 - 48 ay 18 aya qədər
48 - 60 ay 12 aya qədər

 

Avtokredit verilərkən aşağıdakı sənədlər borcalan tərəfindən təqdim edilməlidir:
1. Avtokreditin verilməsi üçün ərizə;
2. Avtokreditin alınması üçün anket;
3. Şəxsiyyət vəsiqəsi;
4. Borcalanın əmək haqqı və digər sənədlərlə təsdiq olunmuş gəlirləri barədə sənəd;
5. Avtokreditin təminatı kimi ipoteka qoyulacaq nəqliyyat vasitəsinin AR DİN Dövlət Yol Polisi  İdarəsində texniki baxışdan keçirilməsi haqqında arayış;
6. Nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında qiymətləndirici tərəfindən tərtib edilmiş hesabat.

Avtokreditin verilməsi üçün aşağıda qeyd olunan müqavilələr rəsmiləşdirilir:
1. Nəqliyyat vasitəsinin alınması üçün borcalana kredit vəsaitlərinin ayrılması barədə Bankla borcalan arasında bağlanan Kredit müqaviləsi (əlavə edilmiş nümunəvi forma üzrə);
2. Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi;
3. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi kredit hesabına alınmış nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə müqavilə (əlavə edilmiş nümunəvi forma üzrə);
4. İpoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinin tam dəyəri məbləğində 1 illik sığortası müqaviləsi.

 

 





Copyright © 1992-2010 International Bank of Azerbaijan