AZE RUS ENG

Korporativ biznes ənənəvi olaraq ABB-nin fəaliyyətinin əsasını təşkil edir. Banka maksimum sayda yeni korporativ müştərilər cəlb edilməsi, maliyyə cəhətdən sabit müəssisələrlə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin yaradılması, cəlb olunmuş vəsaitlərin strukturunda belə müəssisələrin xüsusi çəkisinin artırılması, müştərilərə xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür.

Hazırda ABB-nin korporativ biznesi təxminən 140 bank məhsulunu, çoxsaylı maliyyə sxemlərini əhatə edir ki, bu da müştərilərin ən müxtəlif kateqoriyalarının tələbatını ödəməyə imkan verir. Bank öz infrastrukturunu təkmilləşdirməyə, müştərilərin biznesi uğurla aparmaları üçün resurs və informasiya bazası yaratmağa çalışır. Geniş filial şəbəkəsinin olmasını, Rusiya və Gürcüstan bank bazarında törəmə strukturların fəaliyyət dairəsinin genişləndirilməsinı, ABB-nin biznesinin çoxşaxəliliyini (sığorta, lizinq, prosesinq) və bununla əlaqədar müəssisə və təşkilatlara kompleks xidmət göstərilməsi üçün əlverişli şərait yaradır.

Qarşılıqlı anlaşma, inam və tərəfdaşlıq əsasında müştərilərlə uzunmüddətli əlaqələr, standart texnologiyalarla hər bir müştərinin tələbləri nəzərə alınmaqla ona fərdi qaydada yanaşılmasının vəhdəti, maliyyə xidmətinin qabaqcıl təcrübəsindən istifadə olunması siyasətimizin mahiyyətini təşkil edir.

Korporativ bank xidmətləri bazarında lider mövqeyinin qorunması və daha da möhkəmləndirilməsi, ABB-nin öncül vəzifələrindən biri kimi bəyan edilir. Korporativ biznes sahəsində Bank müştərilərin hesablaşmalarının optimallaşdırılmasına, biznesin dəstəklənməsinə və genişləndirilməsinə istiqamətlənmiş yeni bank məhsulları və xidmətlərinin işlənib hazırlanması və təklif olunmasına yönəldilmiş strateji xətti davam etdirəcəkdir.

Hüquqi şəxslərin əməliyyatlarına dair sorğu və təklifləri corporates@mail.ibar.az ünvanlayın.

Məlumat Mərkəzi:
937, *2265, +99412 4377900
Bütün növ bank kartları
Bankın Sizə yaxın xidmət
nöqtəsini seçin
Tez-tez verilən
suallar
Filialda görüşünüzü əvvəlcədən
təyin edin