AZE RUS ENG
17.07.2014
Azərbaycan Beynəlxalq Bankının aktivləri 25% artıb

Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 25,2% artaraq 2014-ci il iyulun1-nə 8,04 mlrd. manata çatıb. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli illik müqayisədə 23,4% artaraq 2014-ci il iyulun1-nə 5,522 mlrd. manataçatıb. Fiziki şəxslərə verilmiş kreditlər 588,6 mln. manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,543 mlrd. manata bərabər olub ki, bu da 2013 ilin iyulun 1-nə nisbətən 4,1% çoxdur.

Bankın məcmu kapitalı il ərzində 29,2% artaraq 989,1 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 563,3 mln. manata çatdırılıb.

Bankın gəlirləri 330,2 mln. manat təşkil edib. ABB-nın xalis mənfəəti  2014-ci il iyulun 1-nə 29,7 mln. manata çatıb.

İyulun 1-nə ABB-nin 2 035 532 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 709 bankomat və 7399 POS-terminaldan ibarətdir.



Məlumat Mərkəzi:
937, *2265, +99412 4377900
Bütün növ bank kartları
Bankın Sizə yaxın xidmət
nöqtəsini seçin
Tez-tez verilən
suallar
Filialda görüşünüzü əvvəlcədən
təyin edin