AZE RUS ENG
14.01.2014
Joint Leasing Company 2014-cü ildə 2 milyon dollar xarici maliyyə vəsaitini cəlb etmişdir

Joint Leasing lizinq şirkəti xarici tərəfdaşlarından vəsait cəlb edərək, 2014-cü ili uğurla başlamışdır.

Şirkətin Baş direktoru Elçin Əhmədovun Fineko / abc.az agentliyinə verdiyi məlumata görə, 2014-ci ildə şirkət tərəfindən 2 milyon ABŞ dolları həcmində xarici maliyyə cəlb edilmişdir.

"Paralel olaraq, əlavə $ 4,5 milyonun cəlb edilməsi haqqında danışıqlar aparılır. Bu addımlar Azərbaycan Beynəlxalq Bankının maliyyələşdirməsınə əl atmadan fəaliyyət göstərməyə yönəlib və şirkətin maliyyə müstəqilliyini təmin edilməsi siyasətinin davamıdır.”  Əhmədov bildirib ki: -“Ötən il biz xarici tərəfdaşlardan artıq 6 milyon ABŞ dolları və 3 milyon avro cəlb etmişik və 2014-cü ildə xarici maliyyə vəsaitlərini cəlb etməklə biz artıq əməliyyatlarımızın böyük hissəsini əhatə edirik.” Şirkət həmçinin öz istiqrazlarını buraxılışına başlamışdır.

Bu gün, Joint Leasing Azərbaycan lizinq bazarının 30% əhatə edir və şirkətin lizinq portfeli 32-35 milyon manat (təxminən $ 44,6 milyon ) həcmində qiymətləndirilir .

Şirkət Britaniyanın DH Leasing ( 52,4 %) şirkəti və “Azərbaycan Beynəlxalq Bankı” ASC ( 47,6 %) tərəfindən təsis edilmişdir.

 

Fineko



Məlumat Mərkəzi:
937, *2265, +99412 4377900
Bütün növ bank kartları
Bankın Sizə yaxın xidmət
nöqtəsini seçin
Tez-tez verilən
suallar
Filialda görüşünüzü əvvəlcədən
təyin edin